İdrisov Qələmşah Seyidəhməd oğlu

İdrisov Qələmşah Seyidəhməd oğlu

ADPU-nun Quba filialının dekanı

_İdrisov Qələmşah Seyidəhməd oğlu 18 iyun 1964-cü ildə Xaçmaz rayonunun Qırağlı kəndində anadan olmuşdur.

___1981-ci ildə orta məktəbi, 1989-cu ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş V.İ.Lenin adına APİ) “Bədii qrafika” fakültəsini bitirmişdir.

___1992-ci ildən Mədəniyyət və İncəsənət Universitetinin Quba filialında müəllim işləmişdir. 2000-ci ildən Azərbaycan Müəllimlər İnstitunun Quba filialında müəllim, kafedra müdiri və direktor müavini kimi fəaliyyət göstərmişdir.

___2002-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun dissertantı olmuş, 2007-ci ildə Bakı Dövlət Universitetində dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

___2014-cü ildən Azərbaycan Müəllimlər İnstitunun Quba filialında, 2015-ci ildən isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Pedaqoji fakültənin dekanı vəzifəsində çalışır. 10 elmi, 50-dən çox metodiki, publisistik məqalələrin və ayrı-ayrı tədqiqat sahələrini əks etdirən 7 kitabın müəllifidir. “Qızıl qələm” və “Araz ali ədəbi” mükafatları laureatıdır. Qubada fəaliyyət göstərən “Gülüstan” elmi-ədəbi məclisinin üzvüdür. Elmi Şuranın üzvüdür.

___Kitablarından birneçəs:

ÜRƏYİMİ AÇIRAM (Bakı-2006) – QƏLƏMŞAH İDRİSOV

QIRAĞLI TOPONİMİ VƏ QIRAĞLILILAR (Bakı-2008) – QƏLƏMŞAH İDRİSOV

AZƏRBAYCAN DİLİNDƏ TƏSVİRİ SƏNƏT TERMİNLƏRİ (Bakı-2010) – QƏLƏMŞAH İDRİSOV

XAÇMAZ TOPONİMLƏRİ (Şərq-Qərb Bakı-2011) – QƏLƏMŞAH İDRİSOV

YURD SEVGİSİ (Bakı-2013) – QƏLƏMŞAH İDRİSOV

PROFESSOR QƏZƏNFƏR KAZIMOV VƏ AZƏRBAYCAN DİLÇİLİYİ (Şərq-Qərb BAKI-2014) – QƏLƏMŞAH İDRİSOV