Mahirə İskəndər qızı Malıyeva

Mahirə İskəndər qızı Malıyeva

Malıyeva ADPU-nun Quba filialının baş mühasibi

Mahirə İskəndər qızı Malıyeva 03 sentyabr 1967-ci ildə Quba şəhərində anadan olub. 1986-cı ildə Bakı Kooperativ Texnikumuna daxil olub, 1988-ci ildə həmin texnikumun mühasibat uçotu ixtisasını bitirib. 1990-cı ildə Quba Əlillər Cəmiyyətində baş mühasib, 1991-ci ildən Mədəniyyət və İncəsənət Universitetinin Quba filialında mal-material üzrə mühasib vəzifəsində işləmişdir. 2006-cı ildən hal-hazıra kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında baş mühasib vəzifəsində işləyir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlilidir, bir övladı var.