Şeydayeva Aysel Balasultan qızı

Şeydayeva Aysel Balasultan qızı

ADPU-nun Quba filialında tərbiyə işləri üzrə direktor müavini

Şeydayeva Aysel Balasultan qızı 15 may 1986-cı ildə Quba rayonunun Çartəpə kəndində, ziyalı ailəsində anadan olub.

___1993-2002-ci illərdə Quba Rayonu Çartəpə kənd əsas məktəbində, 2002-2004-cü illərdə Quba rayonu Əlibəyqışlaq kənd tam orta məktəbində təhsil alıb. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialında (keçmiş AMİ Quba Filialı) “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasında bakalavr təhsili alıb, universiteti Fərqlənmə diplomu ilə bitirib.

___2009-2011-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (keçmiş AMİ) “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə magistr təhsili alıb.

___2011-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin doktorantıdır. Hazırda müdafiə ərəfəsindədir. Azərbaycan, ingilis və rus dillərini bilir. 2012-ci ildən ADPU-nun Quba filialında tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. Elmi Şuranın üzvüdür.

___2013-cü ildən Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının Qadınlar Şurasının sədridir. 7 iyun 2013-cü ildə Bakı şəhəri Buta sarayında keçirilən Yeni Azərbaycan Partiyasının V qurultayında, 14 iyun 2013-cü ildə Bakı şəhəri Respublika sarayında keçirilən Respublika Qadınlarının IV qurultayında, 8 fevral 2018-ci ildə Bakı şəhəri Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VI qurultayında, 29 may 2018-ci ildə Bakı Konqres Mərkəzində keçirilən Respublika Qadınlarının V qurultayında iştirakçı olub.

___24 may 2014-cü ildə Bakı şəhəri Hilton otelində keçirilən YAP Qadınlar Şurasının ümumrespublika konfransında çıxış edib.

___2003-2004-cü tədris ilində şagirdlər arasında Azərbaycan dili və ədəbiyyat üzrə keçirilən fənn olimpiadasında Quba rayonu üzrə I yerin qalibi, Beynəlxalq və respublika səviyyəli konfranslarda, təlimlərdə, seminarlarda, simpoziumlarda iştirakçı, 20-dən artıq elmi məqalənin, qəzet məqaləsinin, 100-dən artıq şeirin müəllifidir, 15-ə yaxın sertifikatı vardır.

___Hazırda Quba şəhərində yaşayır, ailəlidir, iki övladı var.